Yaxın iki ay ərzində Bakının taksi xidmətlərinin birində təmassız ödəniş sistemi tətbiq olunacaq.
Bu barədə ONA-ya "Portmanat" şirkətindən məlumat verilib.
Yeni ödəniş növü şirkətin ödəniş sisteminin mobil əlavəsinə inteqrasiya olunmuş QR-kod texnologiyası vasitəsilə mümkün olacaq.
“Ödəniş aparmaq üçün mobil telefonun kamerasını QR-koda yaxınlaşdırmaq kifayət edəcək ki, ödənilən məbləğ taksi xidmətinin hesabına köçürülsün. Sistemin sınaqları artıq tamamlanmaq üzrədir və yaxın iki ay ərzində istifadəçilərin ixtiyarına buraxılacaq”, - deyə şirkətdən bildiriblər.