• SOSİAL

    12:14 16 iyun 2019

Bakıda temperatur 35 dərəcə olacaq, rayonlara yağış yağacaq, dolu düşəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən ONA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində gözlənilən ava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

İyunun 17-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 20-25° isti təşkil edəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR