• SOSİAL

    18:10 17 iyul 2019

​​​​​​​Bakıda ticarət mərkəzində zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb

“Sədərək" Ticarət Mərkəzində, "Meyvəli" bazarında zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzə gətirilən 5 nəfər izahat yazaraq evlərinə buraxılıblar.

Kliniki Tibbi Mərkəzinin Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülnarə Babayeva APA-ya bildirib ki, səhər saat 11-dən günorta 13:30-dək 5 satıcı Klinik Tibbi Mərkəzə qəbul olunub: "Xəstələrin dediklərinə görə, səhər saat 9-da səyyar satıcı tərəfindən satılan lavaşda soyutma yumurta qəbul ediblər. Bəzilərində 30 dəqiqədən sonra, bəzilərində isə 1-2 saatdan sonra mədə bulanması, qusma, baş ağrısı, mədədə ağrılar və ishal əmələ gəlib. Saat 11 radələrində 3 nəfər, 12:30-da 1 nəfər, 13:30-da isə daha bir nəfər mərkəzə qəbul olunub”.

G.Babayeva əlavə edib ki, onlar özlərini yaxşı hiss etdiklərinə görə izahat yazaraq, evə buraxılıblar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR