• SOSİAL

    11:19 7 may 2019

Bakıda Türk Şurasının media və İnformasiya üzrə məsul şəxslərinin II toplantısı keçirilir

Bakıda Türk Şurasının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilir.

ONA-nın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Türk Şurasının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin I toplantısının 2015-ci ildə Qazaxıstanın paytaxtı Nur-Sultan (keçmiş Astana) şəhərində keçirildiyini xatırladıb.

Onun sözlərinə görə, I toplantında müzakirə olunan əsas məsələ Türk Şurasına üzv dövlətlərin mətbuat və informasiya sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirilməsi olub: "I toplantında qəbul olunmuş proqramlar fəaliyyətimizin əsas cizgilərini müəyyən edib.Türkdilli tv-nin yaradılması təəssüf ki, kağız üzərində qalıb. Yaradılması real görünmür. Maliyyələşməsi, dili və s. problemlər var. "TRT Avaz"ın, Azərbaycan və Qazaxıstanda dövlət tərəfindən maliyyələşən telekanallardan birinin bu funksiyanı icra etməsi müzakirə olunur. Türk Şurasına üzv olan dövlətlərin aparıcı mətbuat orqanları arasında əlaqələr qurulub. Gələcəkdə əldə edilən nailiyyətlərlə kifayətlənməməliyik. Türkiyənin kabel sistemində AzTV təmsil olunur, Azərbaycanın kanallarının nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımına rast gəlmişəm. Qarşılıqlı razılaşma əsasında retranslyasiya edilsin.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ə. Həsənov deyib ki, ermənilər Azərbaycan ərazilərində bütün infrastrukturu barbarcasına dağıdıb: "Türk Şurasına üzv dövlətlərin aparıcı media orqanları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlara daha geniş yer ayırmalıdır. Türkiyənin informasiya dəstəyinə ehtiyac yaranarsa, biz onların yanında olmalıyıq".

Tədbirdə çıxış edən Türkiyə Prezidentinin Baş müşaviri, TRT İdarə Heyətinin üzvü Mustafa Akış, Qazaxıstan İnformasiya və sosial inkişaf nazirinin müavini Murad Azərxanov və digərləri Türk Şurasına üzv ölkələrin media orqanları arasında daha geniş əməkdaşlığa ehtiyac olduğunu vurğulayıblar.

Toplantı çərçivəsində milli ictimai televiziya kanalları arasında çoxtərəfli texniki əməkdaşlıq protokolunun imzalanması mərasimi olacaq.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR