• SOSİAL

    10:50 8 fevral 2023

Bakıda Türkiyə üçün təşkil edilən yardım kampaniyasının ünvanı dəyişib

Bakıda Türkiyədə zəlzələdən zərər görənlər üçün təşkil edilən yardım kampaniyasının ünvanı dəyişib.

Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya bildirilib ki, Babək prospektində yerləşən "Doğtaş Mebel" qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması üçün dəyişdirilib.

Artıq yardımlar Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul olunur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR