• SOSİAL

    14:20 17 may 2020

Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 18-də cənub-qərb küləyinin axşam şimal-qərb küləyinə keçəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətinin məlumat verilib.

Azərbaycanın rayonlarında mayın 18-19-da gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək.

Mayın 18-də bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR