Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq - [color=red]XƏBƏRDARLIQ[/color]
  • SOSİAL

  • 18:36 19 Fevral 2021

Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. 

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal-qərb küləyi əsəcək, 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir  20 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə  intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi  yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.   

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR