• SOSİAL

    10:20 21 fevral 2020

Bakıda xəstəxanaya yerləşdirilən Çindən gələn tələbələrdə virus aşkarlanmayıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

ONA-nın xəbərinə görə, birgə məlumatda bildirilir ki, Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, xəstəxanaya yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi gəlib, yəni, onlarda hər hansı bir virus aşkarlanmayıb.

Onların gün ərzində evə buraxılacaqları gözlənilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR