Bakıda yataqxanada yanğın zamanı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən 5 nəfərdən 3-ü evə buraxılıb.
Bu barədə ONA-ya Səhiyyə Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. O bildirib ki, digər 2 nəfərə tibbi yardım göstərilir, onların vəziyyəti stabildir.
Qeyd edək ki, bu gün gecə saatlarında Nərimanov rayonu Malik Məmmədov küçəsi, 12 ünvanında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxanada yanğın baş verib. Yanğın zamanı ər və arvad tüstüdən boğularaq ölüb. 22 nəfər təcili tibbi yardıma müraciət edib, onlardan 5 nəfəri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, yerdə qalanlara yerində tibbi yardım göstərilib.