Bakıda bəzi prospekt və yollarda hərəkət sürəti aşağı salınıb.
Bakı Nəqliyyat Agentliyindən ONA-ya bildirilib ki, hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almaları, eləcə də ehtiyatlı olmaları tövsiyə olunur.