4 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Bülbül prospekti və M. Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.
Bakı Nəqliyyat Agentliyindən ONA-ya verilən xəbərə görə, bu məqsədlə aprelin 10-da axşam saat 23:00-dan aprelin 11-i səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.