Bakının mərkəzində iki küçədə rənglənmə işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONA-ya verilən xəbərə görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yusif Səfərov və Üzeyir Hacıbəyov küçələrinin hər iki istiqamətində bu gün saat 22:00-dan 6:00-a kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçiriləcək.
Sürücülərdən qeyd olunan vaxt ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.