• SOSİAL

    17:04 6 may 2019

Baş nazir qohumlarla nikahın mənfi nəticəsi barədə maarifləndirmə qaydasını hazırlamağı tapşırıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə qaydasını hazırlamaq tapşırılıb.

ONA-nın məlumatına görə, baş nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam verib.

Sərəncama əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə qaydasının layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 5 mart tarixli qanuna əsasən, gənclər arasında, ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılmalıdır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR