"Bu il ərzində əmək haqlarının, təqaüdlərin artırılması nəticəsində 3 milyondan çox Azərbaycan vətəndaşının həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb".
ONA-nın xəbərinə görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov deyib.
Ə. Əhmədov qeyd edib ki, Azərbaycan vətəndaşları gələcəyə inamla baxır: "İndi insanlar övladlarının gələcəyi ilə bağlı qorxu hissi keçirmirlər, çünki Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir, vətəndaşların hüquqları etibarlı şəkildə qorunur".