• SOSİAL

    15:47 2 iyul 2019

Baş nazirin müavini: "Azərbaycanda əməkhaqları və pensiyaların artması sosial inkişafın göstəcilərindən biridir"

“Azərbaycanda insanların rifahının yaxşılaşdırılması istiqamətində bu ilin birinci yarısında iki böyük sərəncamla əməkhaqlarının, pensiyaların minimum səviyyəsinin əhəmiyyətli dərəcədə artması sosial inkişafın göstəcilərindən biridir”.

ONA-nın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən iqtisadi, sosial inkişafla bağlı strategiyalar dayanıqlı inkişaf məqsədlərindən irəliyə gələn vəzifələrə uyğunlaşdırılıb: “Beləliklə, biz növbəti illərdə Azərbaycanın ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətlərini bütövlükdə dayanıqlı inkişaf məqsədlərindən irəliyə gələn vəzifələrin həlli kimi təsəvvür edirik. Bu istiqamətdə də işləri həyata keçiririk”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR