• SOSİAL

    11:09 18 may 2019

Baş nazirin müavini Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərini açıqlayıb

"Yoxsulluq və xəstəliklərin yaranması, iqlim problemləri, qeyri-bərabərliyin yüksək səviyyəyə çatması və əhalinin sürətlə artmasına görə BMT 2030-cu ilə qədər yaşadığımız dünyanı ciddi şəkildə dəyişdirmək üçün Dayanıqlı İnkişaf Məqsədlərini qarşıya qoyub".

ONA-nın məlumatına görə, bunu bu gün "Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə" mövzusunda konfransda baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib.

Baş nazirin müavini deyib ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində öz üzərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirir: "Azərbaycan əhalisinin 45 faizi 30 yaşına qədər olan gənclərdir. Qarşıya qoyulan hədəflər daha çox gənclərin həyat səviyyəsinin yüksəldilməsi ilə əlaqədardır. Gənclərin də üzərinə bu istiqamətdə mühüm vəzifələr düşür. 2030-cu ilə qədər dünya əhalisi 1 milyard nəfərdən çox artacaq. Əhali ən çox Afrika və Asiyada artacaq. Afrikada əhalinin sayı 2030-cu ildə 1,2 milyard nəfərdən 1,6 milyard nəfərə, Asiyada isə 4,5 milyard nəfərdən 5 milyard nəfərə çatacaq. Ancaq iş yerlərinin sayı buna uyğun olaraq sürətlə artmır. Bu da miqrasiya proseslərinə səbəb olur. Bu problemlərin həlli bəşəriyyət, dövlətlər qarşısında duran vəzifədir. 10 il vaxt qalıb, problemlər isə artır ".

Ə. Əhmədov nəzərə çatdırıb ki, Azərbaycanın sürətli inkişafı gənclərimizin bu proseslərdə yaxından iştirakını şərtləndirir: "İnanıram ki, gənclər getdikcə bu prosesdə daha yaxından iştirak edəcəklər".

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR