"Uşaqlar arasında ölüm halları ötən əsrin 90-cı illərinə nisbətən 3 dəfə azalıb".
ONA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı, K.Fərəcova adına Elmi -Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.
O bildirib ki, bu rəqəmlə kifayətlənmək olmaz: "Biz çalışırıq ki, uşaq ölümlərinin statistikası dünyanın ən inkişaf etmiş ölkələrinin statistikasına yaxınlaşsın. Bunun uğrunda çalışır, ana və uşaqların sağlamlığı üçün tədbirlər həyata keçiririk".