• SOSİAL

    22:56 7 iyun 2020

Bayıl qəsəbəsində içməli suyun təminatında problem yaranıb - FOTO

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində, "20-ci sahə" adlanan ərazidə su qıtlığı yaranıb.

APA-nın məlumatına görə, ərazidə xidmətdə olan Səbail Rayon Polis İdarəsinin və Çevik Polis Alayının əməkdaşları bu barədə aidiyyəti qurumlara müraciət ediblər.

Əhalinin su təminatının həll olunması üçün əraziyə su maşını gətirilib və bundan sonra sakinlər su ilə təmin olunublar.

Səlcuq

Teqlər:

SON XƏBƏRLƏR