• SOSİAL

    11:36 17 avqust 2019

Bayıl sürüşmə yamacı abadlaşdırılacaq

Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Səbail rayonu, Bayıl qəsəbəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar 92 fərdi yaşayış evinin sökülməsi və söküntü işləri başa çatdırıldıqdan sonra ərazinin abadlaşdırılması ilə əlaqədar elan etdiyi tenderin nəticəsi məlum olub.

APA-nın məlumatına görə, tenderin qalibi “Şa-İnşaat” MTK olub.

Bağlanmış müqaviləyə əsasən, Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi Səbail rayonu, Bayıl qəsəbəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar 92 fərdi yaşayış evinin sökülməsi və söküntü işləri başa çatdırıldıqdan sonra ərazinin abadlaşdırılması üçün “Şa-İnşaat” MTK-ya 250 min manat ödəyəcək.

Qeyd edək ki, 2018-ci il fevralın 10-da Bayıl sürüşmə sahəsində, Bakı Televiziya Qülləsi yaxınlığında (teleqüllədən 200-250 m cənub-şərqdə) sürüşmə baş verib. Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə sürüşmə nəticəsində 4-ü tam, 2-i qismən olmaqla, 6 ev uçub. Nazirlər Kabineti bu ilin may ayında Bakı şəhəri, Səbail rayonu ərazisində Bayıl dərəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar köçürülməsi zəruri olan fərdi yaşayış evlərində yaşayan sakinlərə birdəfəlik maddi yardımın ödənilməsi barədə sərəncam verib. Sərəncama əsasən, Bakı şəhərinin Bayıl yamacındakı sürüşmə zonasından köçürülən 92 fərdi yaşayış evinin sahiblərinə hər bir ev üçün minimum 35 min manat maddi yardım ödənilib. Həmin 92 ailə arasında 27 məcburi köçkün ailəsi də var. Sərəncama əsasən, ümumilikdə, 9 milyon 201 min 533 manat Səbail rayon İcra Hakimiyyətinin hesabına köçürülüb və İcra Hakimiyyəti bu vəsaitlərin müvafiq qaydada bank hesablarına köçürülməsini təmin edib. Başqa sözlə, 92 fərdi yaşayış evində yaşayanların köçürülməsi üçün birdəfəlik yardım qismində 8 milyon 920 min 312 manat, bank xərcləri üçün 31 min 221 manat ayrılıb.

Fərdi evlərin sökülməsi və tikinti illəri başa çatdıqdan sonra ərazinin abadlaşdırılması üçün 250 min manat ayrılıb.

Sərəncama əsasən, evlərinin sahəsi az olan ailələr xüsusi olaraq nəzərə alınıb və 35 min manat minimum maddi yardım da məhz bu səbəbdən müəyyənləşdirilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR