• SOSİAL

    16:57 29 mart 2019

Bayram günlərində Milli Parklara 2000-dən çox turist səfər edib

Novruz bayramı ərəfəsində Milli Parklara 2000-dən çox turist səfər edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ONA-ya verilən məlumata görə, bunlardan 220-si xarici turist olub.

Qeyd edək ki, turistlər nazirliyin rəsmi internet saytında fəaliyyət göstərən "Xidmətlər" bölməsinə daxil olub, bütün milli parklara onlayn bilet əldə edə bilərlər. Həmçinin hər milli parkın giriş məntəqəsində bilet satışı xidməti də həyata keçirilir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR