"Martın 21-dən ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək".
ONA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O bildirib ki, martın 19-u axşam saatlarında Bakıda küləyin sürəti səngiyəcək.
U. Tağıyeva qeyd edib ki, martın 20-də Azərbaycanın bəzi rayonlarında, habelə Bakı və Abşeron yarımadasında yağışlı hava şəraiti müşahidə ediləcək: "Martın 21-də isə respublikanın əksər rayonlarında mülayim yaz havası müşahidə olunacaq, hava yağmursuz keçəcək".