• SOSİAL

    10:40 5 iyun 2019

Azərbaycanın məscidlərində bayram namazları qılınıb - YENİLƏNİB

Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınıb.

ONA-nın məlumatına görə, bayram namazı "Təzə pir" məscidində saat 09.00-da başlanıb.

Bayramı namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınb.

Qeyd edək ki,bundan əvvəl "Əjdərbəy" məscidində bayram namazı qılınıb.

***

08.09

Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınır.

APA-nın məlumatına görə, bayram namazı "Əjdərbəy" məscidində, saat 08.00-da başlanıb.

Məsciddə bayram namazı axund "Əjdərbəy" məscidinin icma sədri, axund Hacı Həmdüllah Babayevin camaatlığı ilə qılınır.

Qeyd edək ki, bayram münasibətilə ölkənin bütün məscidlərində bayram namazı qılınır, "Təzə Pir" məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Xatırladaq ki, QMİ Qazılar Şurasının fətvasına əsasən, Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə mayın 6-da başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimilə iyunun 5-nə təsadüf edir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR