• SOSİAL

    12:39 13 aprel 2019

Bazar gününün hava proqnozu

Bakı və Abşeron yarımadasında aprelin 14-də hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

ETSN-dən ONA-ya verilən məlumata görə, havanın temperaturu gecə 9-12° isti, gündüz 15-20° isti, Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti,

gündüz 14-19° isti təşkil edəcək.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR