Ermənistanın Gəncəni atəşə tutması beynəlxalq medianın da diqqətini cəlb edib.
APA-nın yerli bürosunun məlumatına görə, BBC, “Əl-Cəzirə”, “France 24”, Türkiyənin NTV, TRT Haber və digər transmilli media orqanlarının nümayəndələri ermənilərin raket atəşinin törətdiyi faciə və fəsadlarla yerində tanış olmaq üçün bu gün Gəncədə olublar.
Onlar raket zərbəsindən dağılmış ərazidə çəkiliş aparıb, erməni terrorunun miqyasını öz gözləri ilə görüb, yerli sakinlərdən müsahibələr alıblar.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02.00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub.
Son məlumata görə, raket zərbəsi nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, onlarla insan yaralanıb, dağıntılar altında qalanların olduğu bildirilir.
Xilasetmə işləri davam edir.