Təhsil Naziri Ceyhun Bayramovun sədrliyi ilə Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının ilk iclası keçirilir.
ONA-nın xəbərinə görə, iclasda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, BDU-nun rektoru Elçin Babayev və digər şəxslər iştirak edirlər.
Qeyd edək ki, Himayəçilər Şurasının tərkibinə təhsil naziri Ceyhun Bayramov, ədliyyə nazirinin müavini Azər Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Xalq yazıçısı Elçin Əfəndiyev, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev və “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli daxildir.
Himayəçilər Şurası ali təhsil müəssisələrinin inkişafına yardım edən, ictimai əsaslarla fəaliyyət göstərən strukturdur.