• SOSİAL

    14:59 31 dekabr 2020

Bəşəriyyətin beşiyi, 135 yaşlı məktəb, Kremlə göndərilən şərablar - REPORTAJ

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayır. Bu silsilədən növbəti reportaj Xocavənd rayonunu Tuğ kəndindəndir.

“Alxanlıdan ta buradək, bu torpaqların hər qarışı üçün döyüşdük. Düşmən demək olar ki, hər yerdə Göy Göz kosanın tilsimli dağı kimi tələlər, pusqular qurmuşdu, tunellər qazmışdı. Amma iti qovan kimi qovduq”.

Bunu adının çəkilməsini istəməyən zabit deyir bizə. Döyüşlərin birində yaralanıb da. Yarasını sağalda-sağaltmaya yenidən döyüşə atılıb. Nəhayət, noyabrın 9-da Qarabağın ən böyük kəndlərinin birinə, Tuğa üçrəngli bayrağımızı asıblar.

Hə, Tuğdayıq. Xocavənd rayonunun Tuğ kəndində.

O Tuğda ki onun bir adı da cənnət olmalıydı məncə.

O Tuğda ki Allah bura kefinin ən yaxşı vaxtında sığal çəkib sanki.

O Tuğ ki Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən biridir.

O Tuğ ki bəşəriyyətin, sivilizasiyanın beşiklərindən sayılır...

Sizə qəribə gəlməsin, Tuğ müasir sivilizasiyanın inkişafa başladığı ən qədim insan və mədəniyyət məskənlərindən biridir. Məhz Azıx mağarasına görə, Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilib. Elə Azıxdan da əbəs yerə danışmadıq ilk öncə.

Zaman, noyabrın 9-u.

Azərbaycan əsgəri, 29 ildən sonra Tuğu işğaldan azad edir və...

Və kənddəki evlərin birində qəribə bir tapıntıyla üzləşir. Əsgərlər danışır ki, evlərdən birinə baxış zamanı üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar edirlər. Tapıntıdan dərhal sonra Dövlət Təhlükəsizliyi Xidməti və AMEA-nın rəhbərliyi məlumatlandırılır. İlkin araşdırmalar zamanı məlum olur ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri yerləşdirilib həmin qutularda. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycandan çıxarmağa imkan tapmayıblar həmin vaxt.

Azıx mağarası Tuğ işğal olunandan sonra sözün həqiqi mənasında erməni vandalizminə məruz qalıb. Ermənilər qeyri-qanuni olaraq mağarada arxeoloji tədqiqatlar aparmaq üçün xarici ölkələrdən belə alimlər dəvət ediblər. Məqsəd mağaranın ermənilərin qədim tarixi ilə bağlı olduğunu göstərmək, Azərbaycan izlərini itirmək olub. Yaddan çıxmamış; ermənilər mağaradan təkcə qanunsuz tədqiqat kimi deyil, silah-sursat anbarı kimi də istifadə ediblər.

Qutulardan danışırdıq axı. Məlumat mühüm əhəmiyyət kəsb etdiyi üçün təcili olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi ilə birgə tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov da həmin rayona ezam olunub.

Yerində baxış zamanı müəyyən edilib ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilən tapıntılar qablaşdırılıb. Bunların əksəriyyəti isə qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar Bakıya gətirilib.

***

Xocəvənd rayonunun mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşən, Tuğ qədim türk dilində “bayraq” deməkdir. Bəzi tarixi bilgilərə görə isə, “tuğ” başında at və ya öküz quyruğu bağlanan nizəyə deyilir. Qədim türk savaş nizamında “Tümən tuğu”, “doqquz tuğlu tudun” adlı terminlər olub. Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən biri olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII-ci əsrlərin mənbələrində xatırlanır. Tarixi baxımdan Tuğ kəndi olduqca zəngin ərazidir. Orada Ki-Tış qalası (“Ritiş qalası”), Qafqaz Albaniyası dövrü abidələri və kəndin özündə 50-dən çox tarixi əhəmiyyətli memarlıq abidələri var.

Qarabağ xanlığı dövründə Dizaq mahalının mərkəzi Tuğ şenliyi sayılırmış. 1727-ci ilə bağlı qaynaqda qeyd olunur ki, Tuğ kəndində 73 qeyri-müsəlman yaşayıb. Kəndin 10 dəyirmanı varmış. Əhali dənli bitkilərdən buğda, arpa, darı əkir və çəltik becərirmiş. Baramaçılıqla da məşğul olanlar varmış. Tuğ kəndinin gəliri 80.000 ağça təşkil edirmiş.

***

Azərbaycanda açılan ilk dünyəvi məktəblərdə biri də Tuğ kəndində olub.

Maarifçilik hərəkatının getdikcə genişləndiyi, mütərəqqi fikirli ziyalıların yeni tipli məktəblərin açılması uğrunda mübarizəsinin təkidli xarakter aldığı XIX əsrin 80-ci illərində, çarizmin güzəştə gedərək keçirdiyi təhsil islahatları nəticəsində Azərbaycan ərazisində fəaliyyətə başlamış Tuğ kənd orta məktəbinin əslində bu il yubileyidir - bu məktəbin yaradılmasından 135 il keçir. Rusiya İmperatoru II Aleksandrın 1883-cü ildə imzaladığı bir sənəddə qeyd olunur ki, 1850-ci illərdən fəaliyyət göstərən Yelizavetpol quberniyası Şuşa qəzasının Tuğ kəndindəki şərq məktəbinə (mollaxana) rus-Avropa tipli məktəb statusu verilsin.

Tuğ məktəbinin yaradılmasında dövrünün tanınmış ziyalısı Mir Mehdi Xəzaninin böyük rolu olub. Mir Mehdi Xəzani 1894-cü ilə kimi bu məktəbə rəhbərlik etmişdir. Ondan sonra məktəbin direktoru 1894-1922-ci illər ərzində Məhəmməd bəy Məlikyeqanov, 1922-1934-cü illərdə Mustafa Cahangirov olublar. Məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş Mustafa Cahangirov, Mirzə Qara Məhərrəmov, Abdulla bəy Məlik Aslanbəyov, Məhəmməd bəy Məlikyeqanov, Kazan Universitetini bitirmiş Əsgər bəy Eyvazov kimi dövrün görkəmli ziyalıları müəllimlik ediblər.

Tuğ məktəbinin ilk məzunları içərisində Azərbaycan Demokratik Cümhuriyyətinin iki üzvünün olması məktəbin şöhrətindən xəbər verir. Bunlar Azərbaycan Demokratik Cümhuriyyətinin dəmiryol və rabitə naziri olmuş Xudat bəy Ağabəy oğlu Məlikaslanov və bir sıra rəhbər vəzifələrdə işləmiş Cavad bəy Rza oğlu Məlikyeqanovdu. Məktəbin bir çox məzununun, o cümlədən tanınmış maarifçi İbrahim Məşədi Allahverən oğlu Cahangirovun 20-ci illərdə Tuğ kəndinin və məktəbinin abadlaşdırılmasında böyük xidmətləri olub.

Tuğ kənd orta məktəbi özünün ikinci ömrünü isə 1978-ci ildən yaşamağa başladı. O dövrlərdə Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyev Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin inkişafına xüsusi diqqət yetirirdi. Məhz onun sərəncamına əsasən 1975-1978-ci illər ərzində Tuğ kəndində 640 yerlik ikimərtəbəli müasir tipli məktəb binası inşa edildi. Məktəbdə hər cür avadanlıqla təmin olunmuş 4 fənn laboratoriyası, 3 linqafon kabineti, gənclərin çağırışaqədərki hazırlıq kabineti, maşınşünaslıq kabineti, zəngin kitabxana, geniş idman zalı, yüz yerlik akt zalı, şagirdləri isti xörəklə təmin edən yeməkxana fəaliyyət göstərirdi. Qonşu kəndlərdən məktəbdə təhsil almağa gələn şagirdlər üçün internatın olması isə o dövr üçün yenilik idi. Bir maraqlı fakt. Bu kənddən “Hacı Qara” əsərində Mirzə Fətəli Axundov yazıb, “1905-ci ildə” pyesində Cəfər Cabbarlı söhbət açıb. Vaxtilə Tuğ məktəbind böyük Üzeyir bəy dərs deyib Hə, dahi Üzeyir bəy.

O, Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Tuğ kəndində müəllimlik etmişdi.İlk yazılarını da buradan - Cəbrayıl qəzasından “Kaspi” qəzetinə göndərmişdi. Onun ilk göndərdiyi yazı 1904-cü ilin sentyabrın 24-də “Kaspi” qəzetinin 215-ci sayında bu imzayla çap edilib: “Korrespondensiya. Cəbrayıl qəzasından (Müxbirimizdən)”.

***

Tuğ zəngin tarixi və mədəni abidələrlə zəngindi. Quruçay vadisində yerləşən bu kənddə “Ritiş qalası”, bəzən isə “Tuğ qalası” adlanan qala yerləşir.

Burda əsası 1197-ci ildə qoyulmuş Alban məbədi, yaşı 10 əsri ötən “Qırmızı məbəd”, 18-ci əsrdə tikilmiş körpü və onlarla belə tarixi abidə var.

Burda şərabçılıq çox inkişaf etmişdi. Üzümçülük Tuğun və Hadrutun əsas simvollarından biri sayılırdı.

Burda istehsal olunan qırmızı şərab sovet dönəmində Kremldə əyləşmiş məmurların qida rasionuna daxil idi.

Kreml demişkən, 1991-ci ildə, Tuğda yaşayan ermənilər bilirsinizmi nə etmişdi?

Bax, bu artıq başqa söhbətin mövzusudur. Sabah biləcəksiniz;

- Bir gecədə ermənilər 200-dən çox teleqramı Moskvaya niyə göndərmişdilər

- Azıxdan danışdıq, bəs Tağlar mağarası?

- Əməkdaşımız Tuğda nə tapdı?

Bizimlə qalın, heç yerdə oxumayacaqsınız...

Müəllif: Səbuhi Məmmədli

Foto – Vüqar Əlioğlu © APA GROUP

ONA

Teqlər:

SON XƏBƏRLƏR