Prezident İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
ONA-nın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikasında təhsil və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar müəllim”
Namazova Sevda Nadir qızı
Rüstəmova Məlahət Oruc qızı
Salmanova Larisa Parfenevna
“Əməkdar həkim”
Mirzəyeva Xatirə Əbdülrəhim qızı
“Əməkdar mədəniyyət işçisi”
Ələkbərova Nüşabə Nazir qızı.