• SOSİAL

    14:59 29 iyun 2019

Bəzi çimərliklərdə dəniz suyundan istifadə üçün ödəniş tələb edilir - REYD

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin əməkdaşları Səbail rayonunun Şıx, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Zirə və Mərdəkan çimərliklərində reydlər keçirib.

APA-nın xəbərinə görə, reyd zamanı Türkan və Şıx çimərliklərində nöqsanlar aşkar edilib.

Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb. Yaxın günlərdə həmin çimərliyə təkrar baxış keçiriləcək. Novxanı qəsəbəsindəki çimərliklərdə aparılmış və aşkar edilmiş nöqsanlar yerindəcə aradan qaldırılıb.

Reyd zamanı o da məlum olub ki, bəzi çimərliklərdə dəniz suyundan istifadə üçün sakinlərdən ödəniş tələb edilir.

Reyd zamanı bir sıra çimərliklərdə şlaqbaumlar götürülüb və sahibkarlara çimərlik ərazilərinə girişin pulsuz olması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, əhalidən yalnız xidmətə görə pul almaq olar.

Qeyd olunub ki, aşkar edilən nöqsanlar aradan qaldırılmazsa, inzibati qaydada tədbir görüləcək: “Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir. Reydlərin davamı nəzərdə tutulub”.

Reydin məqsədinin ödəniş tələb edilməsinə qarşı olduğu diqqətə çatdırılıb.

BŞİH vətəndaşlara belə hallarla qarşılaşdıqları təqdirdə müvafiq orqanlara müraciət etmək tövsiyə edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR