Bəzi Mərkəzi Aran və qərb rayonlarında yağış yağıb, şimşək çaxıb
  • SOSİAL

  • 23:31 29 İyun 2019

Bəzi Mərkəzi Aran və qərb rayonlarında yağış yağıb, şimşək çaxıb

İyunun 29-da axşam saat 17:00-21:00 radələrində Ağstafa, Naxçıvan, Gədəbəy, Naftalan, Tərtər, Yevlax, Şəmkir, Daşkəsən, Gəncə və Mingəçevirdə yağış qeydə alınıb, şimşək çaxıb.

ONA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Departamenti tərəfindən yayılan məlumatda deyilir.

Bildirilir ki, Şəmkir, Gəncə, Şərur, Bərdə, Tərtər, Yevlax, Daşkəsən, Mingəçevir, Naftalan, Ağdam, Göyçay rayonlarında 17-23 m/s qərb küləyi əsib, bəzi yerlərdə arabir 28-32 m/s-dək güclənib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR