“Bibiheybət” yolunun bir hissəsi bağlanıb.
Bu barədə ONA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, “Bibiheybət” məscidindən şəhərə doğru istiqamətdəki yolda təmir-bərpa işləri aparıldığı üçün yol bağlıdır. Maşınlar isə ordan sola istiqamətlənən köhnə yollardan istifadə edirlər.
Qurum rəsmisi sürücülərdən diqqətli olmalarını və alternativ yollardan istifadə etməyi xahiş edir.