Biləcəri enişində hərəkət məhdudlaşdırılacaq
  • SOSİAL

  • 12:29 30 Aprel 2019

Biləcəri enişində hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar aprelin 30-dan mayın 1-nə keçən gündən etibarən Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ONA-ya verilən məlumata görə, məhdudlaşma mayın 1-i axşam saatlarınadək davam edəcək.

Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunub. 

 

Aytən Yusifova

Teqlər: Biləcəri enişi məhdudlaşma yollar