Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bir sıra müəssisələrinin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilməsini təklif edib.
ONA-nın xəbərinə görə, Dövlət Komitəsinin sədri bildirib ki, bir sıra müəssisələrinin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin yazılması oradakı uşaqların cəmiyyətə inteqrasiyasında müəyyən problem yarada bilər.
"Bu ad sanki bir damğa təsiri bağışlayır. Belə adlara yenidən baxılması yaxşı olardı", - deyə o qeyd edib.