• SOSİAL

    17:59 2 fevral 2021

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Gənclər Günü münasibəti ilə paylaşım edib.

ONA-nın məlumatına görə, paylaşımda deyilir:

“Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün münasibətilə bütün gənc dostlarımızı səmimi-qəlbdən təbrik edirəm! Qoy sizin həyatınız daim parlaq, maraqlı və mənalı olsun! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm!”

ONA

Teqlər:

SON XƏBƏRLƏR