Birinci vitse-prezident: "Mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram"
  • SOSİAL

  • 22:36 07 Mart 2020

Birinci vitse-prezident: "Mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində etdiyi paylaşımda autizm sindromlu uşaqlara 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib.

APA xəbər verir ki, paylaşımda deyilir: “Beynəlxalq Qadınlar Günü münasibətilə autizm sindromlu uşaqlar tərəfindən sevgi ilə hazırlanmış videoçarx mənə xoş, isti, işıqlı duyğular yaşatdı. Bu uşaqların simasında mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram, hər birinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt gələcək arzulayıram!”.

ONA

Teqlər: