• SOSİAL

    10:27 30 aprel 2019

BMqT-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri miqrasiya sahəsində fəaliyyətinə görə Azərbaycana təşəkkür edib

“Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyon insanımız qaçqın və məcburi köçkün durumuna düşüb".

ONA-nın məlumatına görə, bunu bu gün ABŞ Dövlət Departamenti, Azərbaycan Hökuməti və BMT-nin təşkilatçılığı ilə keçirilən "Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi - IV faza" layihəsi çərçivəsində beynəlxalq miqrasiya hüququna dair seminarda Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov bildirib.

E. Xələfov deyib ki, qanunsuz miqrasiyaya qarşı 2006-cı ildə Dövlət Proqramı qəbul edilib, 2007-ci ildə Dövlət Miqrasiya Xidməti yaradılıb: "Azərbaycanda bu sahədə məhkəmə təcrübəsi də mövcuddur. Ədliyyə Nazirliyinin Akademiyasında da hakimlər, prokurorlar, vəkillər üçün kurslar təşkil edilir. Biz bu sahədə Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə çalışırıq. Bu sahədə hakimlər və vəkillərdən ibarət təlimçilər də hazırlamışıq".

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev bildirib ki, layihənin öncəki fazasında bir sıra işlər görülüb, nəticədə bir sıra qanunlara dəyişikliklər edilib: "Azərbaycan hökumətinə, Ədliyyə Akademiyasına bu sahədə fəaliyyətlərinə görə təşəkkür edirəm".

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR