• SOSİAL

    14:03 31 may 2019

BNA: Avroliqanın final oyunu ilə bağlı 45 min azarkeş daşınıb

“UEFA Avropa Liqasının final oyunu ilə bağlı ümumilikdə 45 min azarkeş daşınıb”.

Bu barədə ONA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

BNA-nın məlumatına əsasən, final oyunu ilə əlaqədar nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə icrası məqsədilə Agentlik 20-30 may tarixində xüsusi rejimdə fəaliyyət göstərib. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Bakı Olimpiya Stadionu və final oyunu ilə bağlı şəhərin müxtəlif hissələrində təşkil edilən məntəqələri əlaqələndirən nəqliyyat planı hazırlanıb. Plana uyğun olaraq, qeyd edilən məntəqələr üzrə azarkeşlərin daşınması məqsədi ilə 6 ekspress marşrut xətti təşkil edilib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından azarkeşlərin daşınmasına mayın 27-dən start verilib. 3 gün ərzində müntəzəm və çarter reysləri ilə paytaxtımıza gələn azarkeşlərin daşınması təmin edilib.

Ümumilikdə oyundan əvvəl 145 avtobus cəlb edilməklə 17 min, final qarşılaşması başa çatdıqdan sonra isə 450 avtobus cəlb edilməklə 28 min azarkeş (sərnişin) daşınıb.

Həmçinin, oyun günü gün ərzində paytaxtın müntəzəm marşrut xətləri üzrə 1.500.000 sərnişin daşınıb.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR