• SOSİAL

    00:55 23 aprel 2020

BNA: Hər gün 30 avtobus parkında dezinfeksiya işləri aparılır - FOTO

Bakıda hər gün 30 avtobus qarajında dezinfeksiya işləri aparılır.

Bunu APA-ya Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, "BakuBus" MMC-yə məxsus 300-dən çox avtobus, o cümlədən 30 daşıyıcı şirkətə məxsus 2100 avtobus hər gün dezinfeklsiya edilir. Bu işlər axşam saat 21:00-dan başlayaraq həyata keçirilir.

Dezinfeksiya işləri 15 taksi şirkətinə məxsus avtomobillərdə və dayancaqlarda da icra olunub.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR