Bakı Nəqliyyat Agentliyi (BNA) bayram gecəsi xüsusi rejimdə işini davam etdirir.
Agentliyin mətbuat katibi Mais Ağayevin APA-ya verdiyi məlumata görə, Dənizkənarı Milli Parkda keçiriləcək atəşfəşanlıq və bayram şənlikləri ilə əlaqədar şəhər mərkəzi istiqamətində nəqliyyat axını müşahidə olunur.
Lakin hazırda şəhər yollarında sıxlıq müşahidə olunmur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən mərkəzi küçələrdə svetoforların vaxt planlanmasında dəyişiklik edilib.
Həmçinin müntəzəm marşrut xətlərinin hərəkətinə və qanunsuz parklanma hallarına qarşı nəzarət artırılıb.