• SOSİAL

    12:38 17 may 2019

Elektrikin kəsilməsi ilə əlaqədar Bakının bəzi küçələrində svetoforlar işləmir

Elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda Qara Qarayev prospektinin Əli Vəliyev, Azər Manafov və Özbəkistan küçələri ilə kəsişməsində svetoforlar fəaliyyət göstərmir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) ONA-ya verilən məlumata görə, svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır.

Sürücülərdən xahiş olunur ki, svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR