Böyük Britaniyanın "Weir" şirkəti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında anlaşma memorandumu imzalanıb.
ONA xəbər verir ki, imzalama mərasimində çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts bildirib ki, memorandumun məqsədi dövlətlərarası münasibətlər çərçivəsində insanları və şirkətləri bir araya gətirməkdir. Onun sözlərinə görə, elm, texnologiya gələcək problemlərinin həllində əsas rol oynayacaq. Şirkətin Rusiya və Mərkəzi Asiya üzrə nümayəndəsi Altun Bilgiç deyib ki, şirkət ADNSU tələbələri və müəllimləri ilə əməkdaşlıqda maraqlıdır və yeni memorandum çərçivəsində bu əlaqələrə töhfə veriləcək. O, əlavə edib ki, şirkət artıq Azərbaycanda 11 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.