• SOSİAL

    09:34 3 may 2019

BŞTİ vakant iş yerlərinin sayını açıqlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə müsabiqənin II mərhələsi üçün vakant yerlərin sayı müəyyənləşib.

BŞTİ-dən ONA-nın sorğusuna verilən cavaba görə, mayın 6-11-də ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi keçiriləcək.

BŞTİ tərəfindən bütün vəzifələr üzrə təxminən 400 vakansiya təqdim edilib. İmtahanda 2647 namizəd iştirak edəcək.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR