• SOSİAL

    09:24 4 iyun 2019

Bu ay ərzində dəniz sularında batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib

Dənizkənarı bulvar ərazisi, Buzovna və Pirşağı çimərliklərində batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib.

ONA-nın məlumatına görə, bu barədə məlumatı FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aqşin Əlili verib.

O bildirib ki, çimərlik mövsümü açıq elan edilməsə də, dənizə üz tutanların sayı artıb. Buna görə də iyun ayının 1-dən etibarən Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları çimərlik ərazilərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Qeyd edək ki, çimərlik ərazilərinə gedən sərnişin avtobuslarında xüsusi baner vurulub. Həmin banerlər və löhvələrdə dənizdə təhlükəsizlik qaydaları izah olunub.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR