Bu gün ərzində Suraxanı rayonu Qaraçuxur və Zığ qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, magistral su kəmərlərində yenidənqurma işləri aparılacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.