Bu gün saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
ONA xəbər verir ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.
Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.
100 nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş hesab olunur.
Hazırda 1245 nəfər hərbi qulluqçumuz tibb müəssisələrində müalicə olunur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimizə şəfa versin!