• SOSİAL

    08:10 12 dekabr 2020

Bu gündən dekabrın 14-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Bu gündən dekabrın 14-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşıma də dayandırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR