Bu gündən dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırılıb.
ONA-nın xəbərinə görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərarlarında etdiyi müvafiq dəyişiklik bu gündən qüvvəyə minib.
Dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli belə müəyyən olunub:
Əməyin ödənilməsi dərəcələri |
Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 |
250 |
2 |
260 |
3 |
271 |
4 |
282 |
5 |
294 |
6 |
306 |
7 |
319 |
8 |
332 |
9 |
346 |
10 |
360 |
11 |
375 |
12 |
390 |
13 |
406 |
14 |
423 |
15 |
440 |
16 |
457 |
17 |
529 |
18 |
666 |
19 |
906 |
Qeyd edək ki, indiyə qədər dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli belə olub:
Əməyin ödənilməsi dərəcələri |
Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 |
180 |
2 |
187 |
3 |
195 |
4 |
203 |
5 |
211 |
6 |
219 |
7 |
228 |
8 |
237 |
9 |
246 |
10 |
256 |
11 |
266 |
12 |
277 |
13 |
288 |
14 |
300 |
15 |
324 |
16 |
363 |
17 |
435 |
18 |
587 |
19 |
881 |