• SOSİAL

    00:03 13 mart 2021

Bu gündən martın 15-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Bu gündən martın 15-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Bununla əlaqədar 13 mart saat 00:00-dan 15 mart saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR