“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi 01 May 2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin özünüməşğulluq proqramına cəlb olunması üçün maarifləndirilməsi” adlı layihənin icrasına başlayır.
ONA xəbər verir ki, layihənin məqsədi Ağstafa, Yevlax, Bərdə, Beyləqan, İmişli, Cəbrayıl (Biləsuvar rayonunun ərazisində məskunlaşıblar), Xaçmaz və Masallı rayonlarında yaşayan mina qurbanlarını və digər müharibə əlillərini özünüməşğulluq proqramına cəlb olunması üçün maarifləndirməklə onların iqtisadi inteqrasiyasına nail olmaqdan, iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına və ləyaqətlə yaşamasına kömək etməkdir.
Bunun üçün layihənin həyata keçiriləcəyi regionlarda yaşayan mina qurbanları və digər müharibə əlilləri üçün maarifləndirici seminarların keçirilməsi nəzərdə tutulur.
Layihənin icra müddəti 5 aydır.