Bu gündən xüsusi karantin rejiminin qüvvədə olduğu dekabrın 28-dək ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qərara əsasən, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.
Qərarda bildirilir ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.