"2003-2018-ci illərdə 3200-dən çox məktəb binası tikilərək istifadəyə verilib. Bunlardan 941-i Təhsil Nazirliyinin sifarişi ilə inşa edilib".
ONA-xəbərinə görə, bunu Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov media nümayəndələri üçün keçirilən təlimdə deyib.
O qeyd edib ki, bu il 350 təhsil müəssisəsində yararsız qaz sayğacları yeniləri ilə əvəz olunacaq, 110 təhsil müəssisəsinə isə yeni qaz xətləri çəkiləcək.